QHT sədri ATƏT-in Vyanadakı tədbirində çıxışlar etmişdir – Foto/Video

24-25 aprel tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT və İnsan Hüquqları və Demokratik Təsisatlar Bürosunun təşkilatçılığı ilə hər il keçirilən İnsan Ölçüsü Konfransının növbədənkənar sessiyası (Supplementary Human Dimension Meeting) keçirilmişdir.

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli tədbirdə müstəqil QHT nümayəndəsi olaraq müzakirələrdə yaxından iştirak etmişdir.

Ramil İskəndərli tədbir zamanı keçirilmiş hər üç plenar sessiyada çıxış etmiş və öz çıxışlarında ümumilikdə silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüquq və insan hüquqları problemləri, müharibə cinayətləri və kobud insan hüquqları pozuntuları, vətəndaş cəmiyyətinin rolu məsələlərinə toxunmuşdur.

Ermənistanın törətdiyi ağır müharibə cinayətləri sırasında, Xocalı soyqırımı, 3890 nəfərin itkin düşməsi  və taleyinin bilinməməsi, Ermınistanın onların taleyi barədə məlumatların təqdim etməməsi, mina və kutləvi məzarlıqların xəritəsini təqdim etməməsini iştirakçıların nəzərinə çatdırmışdlır.

Kütləvi məzarlıqların yaranmasına səbəb olan azərbaycanlı əsir və girovların qanunsuz güllələnməsi, işgəncələrə məruz qalması, minalar problemi, eyni zamanda vətəndaş cəmiyyətinin rolu olaraq sülh və dialoqun qurulmasının vacibliyi, müharibə zamanı əziyyət çəkmiş ailələrə xidmətlərin göstərilməsi vacibliyi (hüquqi, sosial, tibbi, psixoloji) məsələlərini önə çəkmişdir. QHT-lərin müharibə cinayətləri barədə məlumatların toplanması məqsədilə işğaldan azad olan ərazilərə təşkil edilmiş səfərlərin əhəmiyyətini iştirakçıların nəzərinə çatdırmışdır.

Ramil İskəndərli tədbir zamanı ağır müharibə cinayətləri məsələlərinə beynəlxalq humanitar hüquq və insan hüquqları arasında bağlılıq məsələləri ətrafında da öz fikirlərini bildirmişdir. Çıxışlar Plenar sessiyalar zamanı səsləndirildiklərinə görə, onların videoyazıları ATƏT-in rəsmi saytında və Youtube vasitəsilə canlı yayımlanmışdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *