“BMT Təhlükəsizlik Şurasında hər hansı bir mümkün qərarın Azərbaycanın iradəsinə təsir edəcəyinə inanmıram” – QHT sədri

Ermənistanın Laçın yolunun guya bağlanması və Qarabağda məskunlaşan erməni əhalisinin guya blokadada saxlanması ilə bağlı məsələnin BMT Təşhlükəsizlik Şurasına çıxarmaq cəhdləri barədə “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri münasibət bildirmişdir.

QHT sədri qeyd etmişdir ki, “Ermənistanın bu təxribat xarakterli cəhdinə görə, inanmıram ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın iradəsi əleyhinə təsir edə biləcək hansısa hüquqi cəhətdən məcburi xarakterli (legally binding) Qətnamə qəbul etsin”.
Məsələnin hüquqi – prosedur aspektlərinə toxunaraq, Ramil İskəndərli qeyd etmişdir ki, “Burada mümkün addımlardan hər hansı Konsultasiyaların (Consultations) keçirilməsi, Açıq Debatların (Open Debates) keçirilərək, ümumi xarakterli Protokolun (Minutes) qəbul edilməsi, Mətbuat üçün Açqılama (Press Statement) və ya Təşhlükəsizlik Şurası Prezidentinin Bəyanatı (Statement) formasında mümkün qəbul edilə biləcək sənəddən söhbət gedə bilər. Ən “pis halda” isə məcburi xarakterli olmayan, hüquqi öhdəlik qoymayan (Non-legally binding) humanitar xarakterli Tematik Qətnamə (Thematic Resolution) qəbul edilə bilər. Burada “narahatçılıqlar” ifadə oluna və bununla bağlı atıla biləcək addımlarla bağlı tövsiyələr (Guide) ifadə oluna bilər. TŞ-də qəbul edilə biləcək sənəd və ümumilikdə məsələni TŞ-yə çıxarmaq cəhdləri nə bölgədə sabitlik və əmin-amanlığa, nə sülhə, nə reinteqrasiya prosesinə müsbət təsiri olmayacaq”. 

Son olaraq Ramil İskəndərli BMT TŞ-da Azərbaycana qarşı hər hansı təxribatın Azərbaycanın iradəsinə təsir göstərə bilməyəcəyinə əminliyini bildirimiş və qeyd etmişdir ki, “Ermənistanın bu kimi cəhdləri hər zaman fiaskoya uğrayıb. Hələ 2020-ci ilin dekabr ayında Fransanın təşəbbüsü ilə Laçın-Xankəndi yolunda QHT-lərin və ekofəalların aksiyası ilə bağlı BMT TŞ-nin fövqəladə iclası çağırılsa da, TŞ üzvləri arasında konsensus olmadığından, Fransanın irəli sürdüyü bəyanat layihəsi Qoşulmama Hərəkatının bəzi üzvlərinin səyi nəticəsində razlaşdırılmamışdır.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *