Münaqişədən zərər çəkmiş Ağcabədi, Bərdə və Tərtərdə yerləşən Qadın Resurs Mərkəzləri – VIDEO 

2022-ci ildə açılan Bərdə Qadın Resurs Mərkəzində 600-dən üzv olaraq çox qadın qeydiyyatdan keçib. 15 qadın isə artıq öz kiçik biznesini qurub. Mərkəz 800-dən çox qadına psixoloji, hüquqi və sosial dəstək verib.

Mərkəzin təşkil etdiyi kompüter bacarıqları, mühasibat uçotu, dərzilik və s., istiqamətlər üzrə peşə təlimləri, satış sərgiləri və bir çox digər tədbirlər sayəsində Bərdə qadınları özlərini inkişaf etdirə, sosiallaşa və icmalarının inkişafına töhfə verə biliblər. Qadınlara və qızlara iş yarmarkaları və karyera imkanları vasitəsilə dəstək verilib.

Bərdə Qadın Resurs Mərkəzinin 2022-ci ildə gördüyü işlər haqqında videonu sizə təqdim edirik.

Video BMTİP və AQUPDK-nın Böyük Britaniya Hökumətinin dəstəyilə həyata keçirdiyi “İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması” layihəsi çərçivəsində hazırlanıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *