İşgəncə verməkdə ittiham olunan ermənilərin məhkəməsi

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli müstəqil QHT müşahidəçisi kimi, bu dəfə də Yasamal Rayon Məhkəməsinin inzibati binasında keçirilmiş Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər – Mkrtiçyan və Xosrovyanın cinayət işi üzrə məhkəmədə iştirak etmişdir. Onun sözlərinə görə, açıqlıq, şəffaflıq və qərəzsizlik prinsipləri ilə keçirilən məhkəmə prosesində düşündürücü faktlardan biri bizim bir qrup müharibə əsirlərin o zaman Xankəndi xəstəxanasında olarkən, təşkil edilmiş qaydada, periodik olaraq uşaqların azərbaycanlı əsirlərə baxmağa qruplarla gətirilməsi epizodunun təsviri oldu. Əksər zərərçəkmişlər bunu məhkəmədə ifadələrində qeyd etdilər. Oraya hətta baxça uşaqlarını gətirib azərbaycanlıları göstərərək “düşmənizi tanıyın” deyirmişlər.

“Ümumilikdə bu məhkəmə prosesi beynəlxalq humanitar prinsiplərə uyğun olaraq, xüsusilə də 1949-cu ilin Cenevrə Konvensiyasının hərbi əsirlərlə bağlı 1 saylı protokolun 75-ci maddəsinin 4-cü paraqrafında nəzərdə tutulan qərəzsiz hərbi məhkəmə prosesinin keçirilməsi bağlı prinsiplərə, eləcə də beynəlxalq insan huquqları prinsiplərinə, xüsusilə Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi olan ədalətli məhkəmə araşdırması hüququ tələblərinə uyğun qaydada həyata keçirilir” – deyə Ramil İskəndərli buldirmişdir.

ShushaNews

Leave a Reply

Your email address will not be published. Required fields are marked *