Post-konflikt dövrdə QHT-lərin rolu yazısı ABŞ-da dərc olundu

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyindən verilən məlumata əsasən, cari ilin okrtyabr ayının sonunda ABŞ-ın “IGI Global” nəşriyyatı tərəfindən “Etnik, Dini və İrqi Konfliktlərin Dövlətlərə və onların Sosial Təhlükəsizliyinə Təsiri ilə bağlı Araşdırmalar” adlı bələdçi kitab dərc olunmuşdur.

Bələdçi kitab Gürcüstan Texniki Universitetinin Siyasi elmar üzrə doktoru Emiliya Alaverdova və Pakistan Hökümət Kolleji Universitetinin professoru Muhammad Vaseem Barinin redoktorluğu ilə dərc edilmişdir. Bələdçi kitabda yer almış fəsillərdən biri “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri, Ramil İskəndərlinin müəllifliyi ilə “Post-konflikt Azərbaycan və Sülh üçün İnkişaf; QHT-lərin rolu” adlı yazıdan ibarət olmuşdur. Bələdçi kitab elektron formatda mövcuddur və 2022-ci ildən etibarən çap formatında nəşr olunacaqdır.

Yazının məqsədi, Azərbaycan da daxil olmaqla, münaqişə sonrası cəmiyyətlərdə inkişaf prosesində vətəndaş cəmiyyətinin rolunu təsvir etməkdir. Münaqişədən sonrakı dövrdə olan ölkələrin əksəriyyətində qeyri-hökumət təşkilatları aktiv fəaliyyət göstərirlər. Bu sahədə mütəxəssislər illərlə apardıqları sahə işlərindən və araşdırmalarından istifadə edərək, beynəlxalq aktorların münaqişə sonrası ölkələri yenidən qurmağa və bərpa etməyə çalışdıqları zaman tez-tez yerli QHT-lərə xidmətlərinə güvəndiyini iddia edirlər. Bu sahədə siyasət hazırlayanlar və mütəxəssislər ictimaiyyət nümayəndələrinin münaqişədən sonrakı və keçid dövründə iştirakını təşviq etməyə, bu proses zamanı insanların gündəlik həyatına necə təsir etdiklərini araşdırırlar.

Yazıda müəllif Türkiyə və Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsinin münaqişədən sonrakı dövrdə əhəmiyyəti, Beynəlxalq və yerli QHT-lərin münaqişədən sonrakı dövrdəki inkişaf prosesində və sülh quruculuğunda rolu, Azərbaycanda azad edilmiş ərazilərin bərpası və yenidənqurması, yaxın gələcəkdə nəzərdə tutulan qaydış zamanı ictimai iştirakçılığın təmin olunmasının əhəmiyyəti barədə məlumat verilir.

Yazıda, müəllif Ramil İskəndərli qeyd edir ki, 2020-ci ilin Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti təcavüz aktına başlamışlar. Dinc əhalini və mülki obyektləri açıq və məqsədyönlü şəkildə hədəf alan Ermənistan, yaşlı, qadın və uşaq kimi mülki şəxslərin tələfatına səbəb olan, çoxlu sayda evə və mülki obyektə ciddi ziyan vurmaqla beynəlxalq humanitar hüquqa və beynəlxalq adətlərə zidd olan cinayətlər törətmişdir.

Azərbaycan Respublikasının Silahlı ərazi toxunuzmazlığını və mülki əhalini qorumaq məqsədilə əks-həmlə xarakterli, Ermənistanı sülhə  vadar etmə əməliyyatları həyata keçirməklə, 30 ilədək işğal altında olan ərazilərini azad etmişdir.  Bu əməliyyatlar üçün əsas beynəlxalq hüquqi əsas isə Qarabağ münaqişəsi barədə, o cümlədən erməni hərbi birləşmələrinin işğal olunmuş ərazilərdən çıxarılması ilə bağlı tədbirlərin görülməsini zəruri edən BMT-nin təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələri olmuşdur.

Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin post-koflikt dövrdə Azərbaycanda bərpa və yenidənqurma işlərinin aparılması və bu sahədə bir sıra çağırışların, xüsusilə də xeyli sayda minaların təmizlənməsi ilə bağlı kimi məsələlərin qarşıda durduğu barədə açıqlamaları da yer almışdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *