“Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyi (MİDİB)
gənclər üçün maarifləndirici layihənin icrasına başlayıb

Ölkəmizin rəhbərliyi bir çox bölgələrimizdə, xüsusilə işğaldan azad edilmiş torpaqlarımızda son illər aparılan tikinti-quruculuq işləri, icra olunan milli, regional və beynəlxalq layihələrdə iştirak etməsi Azərbaycan vətəndaşlarının sosial-iqtisadi rifahının yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına, “Made in Azerbaijan” brendi ilə ixrac potensialının artırılmasına və ”Qara qızıl”ı insan kapitalına çevirmək yolu ilə peşəkar mütəxəssislərin hazırlanmasına önəm verir və xeyli işlər görür. Qeyd olunanlara dəstək məqsədi ilə “Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyi (MİDİB təşkilatı) öz üzvləri, tərəfdaşları və sıx əməkdaşlıq etdiyi ali təhsil müəssisələri ilə müxtəlif təyinatlı inkişafa yönəldilmiş layihələrin, həmçinin proqramların hazırlanması və icra olunmasında fəal iştirak edir.

MİDİB təşkilatı öz fəaliyyəti dövründə (2001-ci ildən bəri), həmçinin son illərdə Qarabağın inkişafına yönəldilmiş bir neçə elmi-tədqiqat və memarlıq-inşaat layihələndirmə işlərini təşkilatın idarə heyətinin sədri, əməkdar memar, professor Sabir Orucovun rəhbərliyi ilə peşəkar
mütəxəssislər və gənclər ilə birlikdə hazırlamış və uğurla icra etməkdədir. Görülmüş işlərin nəticələri isə müxtəlif layihələr və ya tədbirlər çərçivəsində yerli və ya beynəlxalq sərgilərdə və ya konfranslarda ictimaiyyətə təqdim olunmuşdur.
Bunlarla yanaşı cari ildə MİDİB təşkilatı “Dövlət, Universitet və QHT əməkdaşlığı” çərçivəsində Sosial sahibkarlığın və müəssisələrin təşkilinin gənclər arasında təbliği üzrə təşəbbüslər adlı layihə hazırlamış və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyini almışdır. Layihənin icrasına 1 sentyabr 2022-ci il tarixindən başlanılıb və 3 ay davam edəcəkdir.
Layihənin məqsədi, “Dövlət, Universitet və QHT əməkdaşlığı” çərçivəsində Sosial sahibkarlığın və müəssisələrin təşkilinin 120 nəfər gəncin arasında təbliği və məşğulluğun təmin olunmasına dəstək olmaqdır.
Layihə çərçivəsində 3 şəhərdə (Bakı ş., Xırdalan ş. və Sumqayıt ş.) 30 nəfərlik 4 qrupdan ibarət 120 nəfər gənc üçün bir günlük “Sosial sahibkarlığın və müəssisələrin təşkili” adlı praktiki təlim, sərgi-konfrans və iştirakçıların sertifikat və xatirə hədiyyələri ilə təltifi kimi tədbirlərin təşkili nəzərdə tutulub. Təlimlər oktyabr ayından başlayıb, noyabr ayında sərgi-konfrans və təlim iştirakçılarının sertifikat, həmçinin xatirə hədiyyələri ilə təltif olunması kimi tədbirlərlə yekunlaşacaq.


Sözügedən təlimdə iştirak etmək üçün qeydiyyat linki: https://bit.ly/3DzrFCv


Təlimlərə qeydiyyatın son tarixi 2 oktyabr 2022-ci il saat 23.59 müəyyən olunmuşdur. Təlim yerləri məhduddur və seçilmiş uyğun namizədlərə təlimin keçiriləcəyi məkan (ünvan) haqqında ətraflı məlumat e-mail ilə göndəriləcək. MİDİB təşkilatının layihə işçi qrupu təlimə müraciətin çox olacağı təqdirdə növbəti aylarda da eyni məzmunlu təlimin təşkilini nəzərdə tutur. Bunlarla yanaşı sözügedən layihənin davamı kimi eyni məzmunlu təlimlər və tədbirlər həmçinin ölkəmizin fərqli regionlarında və işğaldan azad edilmiş torpaqlarında da təşkili planlaşdırılır.
MİDİB təşkilatı öz maarifləndirici layihələri ilə yanşı qurucu, bərpaedici və inkişafyönümlü layihələrin hazırlanması və icrası üçün kifayət qədər təcrübəli və peşəkar mütəxəssislərə sahibdir. MİDİB təşkilatı hər zaman əməkdaşlıq etmək üçün potensial tərəfdaşlarla və maraqlı tərəflərlə görüşlərə hazırdır. Müraciətlər üçün təşkilatın rəsmi e-mail (office.midib.org@gmail.com) ünvanına müraciət etmək mümkündür.
MİDİB təşkilatının İctimaiyyətlə əlaqələr şöbəsi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *