Türkiyənin səhiyyə naziri Şuşaya səfər edib

Türkiyənin səhiyyə naziri Fahrettin Kocanın rəhbərlik etdiyi nümayəndə heyəti Şuşa şəhərinə səfər edib. Səfər çərçivəsində qonaqlar Bülbül, Xurşidbanu Natəvan və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, #Şuşa qalası, Cıdır düzü və Bülbülün ev-muzeyini ziyarət ediblər. Fahrettin Koca Azərbaycanın mədəniyyət paytaxtının gözəlliyinə heyran olduğunu bildirərək, Şuşanın azad edilməsinin tarixi əhəmiyyətini vurğulayıb.

Mənbə: Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmi Facebook səhifəsi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *