“Qayıdış prosesində QHT-lərin rolu” layihəsi çərçivəsində yekun təlim Ağdam rayonunda keçirildi
25 Noyabr tarixində Ağdam rayonunun Alibəyli kəndində “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi tərəfindən “Şuşa ili” çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “30 il sonra Qayıdış” – QHT-lərin Qayıdış prosesində rolu istiqamətində bacarıqlarının artırılması və beynəlxalq təcrübənin təbliği” layihəsinin tərkib hissəsi olaraq, “Qayıdış prosesində qadınların rolu” mövzusunda” təlim keçirilmişdir. Layihənin icrası müddətində sonuncu təlimin keçirilməsində məqsəd gələcəkdə qayıdış prosesində əhali ilə işləyəcək vətəndaş cəmiyyəti və yerli icmaların, xüsusilə də qadınların qayıdış prosesi, köçürülmə və məskunlaşma ilə bağlı bilik və bacarıqlarının artırılması olmuşdur.
Layihənin təlimçisi, məcburi köçkünlərin hüquqları üzrə mütəxəssis Ağamirzə Bağırovun iştirakı ilə icma qadınlarının biliklərinin artırılması məqsədilə qayıdış və məskunlaşma prosesi, hüquqi aspektlər, qadınların məskunlaşma və reinteqrasiya prosesində iştirakı, ehtyacların təmin edilməsi, icma əsaslı hüquqlar, gənclərlə iş, eləcə də müharibədən zərər çəkmiş ailələrlə iş sahəsində və digər mövzular müzakirə edilmişdir. Tədbirdə təlim iştirakçılarının mövzular üzrə sualları ətrafında diskussiyalar keçirilmişdir.