“Hamı üçün müyəssər Şuşa şəhəri”

“Şuşa ili” çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Əlil Təşkilatları İttifaqı “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsinin növbəti mərhələsi yerinə yetirilmişdir.

Əlil Təşkilatları İttifaqının “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022 – ci il “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qaliblərindən biri olmuşdur. Layihənin əsas məqsədi Şuşada və işğal olunmuş ərazilərdə tikinti və bərpa işləri zamanı əlçatan, müyəssər ətraf mühitin yaradılmasına dəstək verməklə əlilliyi olan və hərəkət məhdudiyyətli şəxslərin sərbəst hərəkətinə yardım etməkdir.

Layihənin fəaliyyət planının növbəti mərhələsində Şuşa şəhərində əlilliyi olan şəxsləri hərəkətinin təmin olunması üçün nəzərdə tutulan müyəssərlik işləri görülmüşdür. Bakıda hazırlanmış müyəssərlik standartlarına uyğun kombinə olunmuş modul tipli duş və sanitar qovşağı Şuşa şəhərinə aparılaraq mərkəzi hissədə quraşdırılmış, əsas küçələrdə məlumatlandrma nişanı quraşdırılmış, Cıdır düzünə giriş yeri uyğunlaşdırılmış və əlilliyi olan şəxslər üçün avtomobil dayanacaq yeri qaydalara uyğun nişanlanmış, şəhərin mərkəzi hissələrinindən birində avtomobil dayanacaq yeri yaradılmış, məişət obyektinin bir hissəsinə çıxış uyğunlaşdırılmışdır.

Qeyd: Fəaliyyət planına uyğun olaraq Şuşa şəhərində Qarabag otelində Şuşa şəhərində fəaliyyət göstərən dövlət, xidmət, şirkət nümayəndələri və işğaldan azad olunmuş ərazilərin nümayəndələri üçün “Əlilliyin dərki, Universal Dizayn və Müyəssərlik” mövzularında seminar-təlimləri keçirilmiş, şəhərin müxtəlif yerlərində, turizm obyektlərində, infrastruktur sahələrində, layihələndirilən və tikilməkdə və bərpa olunan obyektlərində monitorinqlər aparılmış, işləri həyata keçirən şirkətlərin nümayəndələri ilə görüş keçirilmişdir. Bunların əsasında təkliflər hazırlanaraq baş planda nəzərə alınmaq üçün aidiyatı üzrə təqdim olunacaqdır.

Məqsədimiz ŞUŞA şəhərinin və işğaldan azad olunmuş ərazilərin hamı üçün müyəssər və əlçatan olmasına dəstək verməkdir. Hazırda layihənin növbəri fəaliyyətlərinin yerinə yetirilməsi həyata keçirilir.

Əlil Təşkilatları İttifaqı

Mətbuat Xidməti

Leave a Reply

Your email address will not be published. Required fields are marked *