“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin tədqim etdiyi yazılı müraciət BMT-nin rəsmi saytında yerləşdirilmişdir

Cari ilin İyunun 19-dan iyulun 14-də qədər İsveçrənin Cenevrə şəhərində BMT İnsan Haqları Şurasının 53-cü sessiyası keçirilməkdədir.

Sessiyada BMT-nin Iqtisadi-Sosial Şurasına (ECOSOC) Xüsusi Məşvərətçi Statusuna malik olan “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi də təmsil olunmaqdadır.

Sessiya çərçivəsində iyun ayının 30-da qadınların insan hüquqları üzrə hər il keçirilən illik müzakirəsi keçirilmişdir. Qadınların və qızların social müdafiəsi məsələlərinə həsr olunan bu plenar müzakirlər üçün “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin İdarə Heyətinin üzvü Nigar İskəndərovanın hazırladığı video və yazılı müraciət rəsmi olaraq təqdim edilmişdir.

Yazılı müraciət BMT-nin İnsan Hüquqları Şurasının rəsmi Extranet səhifəsində 53-cü sessiyası ilə bağlı bölmədə yerləşdirilmişdir. Müraciətdə aşağıdakılar qeyd olunmuşdur:

Münaqişə sonrası cəmiyyətlərdə qadınların və qızların sosial müdafiəsi onların rifahı, səlahiyyətlərinin artırılması və ümumilikdə bu cəmiyyətlərin inkişafı üçün çox vacibdir. Münaqişədən sonra qadınlar və qızlar çox vaxt onlara aid həlli vacib olan problemlər və çətinliklərlə üzləşirlər.

Travma və zorakılığa məruz qalmış qadın və qızlara psixososial dəstək və məsləhətlərin verilməsi çox vacib əhəmiyyət daşıyır. Təhlükəsiz məkanların, dəstək qruplarının və mental sağlamlıq xidmətlərinin yaradılması sağ qalanların sağalmasına və öz icmalarına yenidən inteqrasiyasına kömək edə bilər.

“44 günlük Qarabağ müharibəsi” zamanı Ermənistan “Qadın və uşaqların fövqəladə hallarda və silahlı münaqişələr dövründə müdafiəsi” haqqında Bəyannamədə nəzərdə tutulan və bütün üzv dövlətlər tərəfindən Bəyannaməyə ciddi riayət olunmasını tələb edən prinsipləri pozub. Azərbaycanın Gəncə, Tərtər, Bərdə və digər şəhərlərində dinc əhaliyə qarşı hücumlar və bombardmanlar xüsusilə qadın və uşaqlar üçün misilsiz əzablara səbəb oldu. Bu hərbi cinayətlər və humanitar hüquq pozuntuları beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır.

Qeyd etmək istərdim ki, Azərbaycanda insan hüquqları məsələlərində mühüm təcrübəyə və biliyə malik bir çox müxtəlif tipli qadın təşkilatları var ki, onlar xüsusilə məcburi köçkün və qaçqınlarla çalışır və onların Azərbaycanın Qarabağ ərazisinə və Ermənistana öz yurdlarına qayıtması məsələlərində çoxşaxəli ictimai fəaliyyət göstərir və bölgəmizdə sülh və barışıq əldə etmək üçün çalışırlar”.

Müraciətlə bu səhifədə yerləşdirilib: https://hrcmeetings.ohchr.org/HRCSessions/RegularSessions/53/Pages/Statements.aspx?SessionId=68&MeetingDate=30/06/2023%2000%3a00%3a00

Leave a Reply

Your email address will not be published. Required fields are marked *