Post-müharibə dövründə silahların qanunsuz daşınması ilə bağlı BMT-də çıxış

BMT Insan hüquqları Şurasının bügünkü sessiyasında iştirak demək olar ki, uğurlu başladı. Sessiya çərçivəsində BMT-nin Meksika daimi nümayəndəliyinin “İnsan Hüquqları və Silah Sektoru” mövzusunda təşkil etdiyi paralel tədbirdə (Side Event) çıxış etmək imkanını qazandım. Bi fikirləri Cenevrədən QHT.az- açıqlamasında Hüquqi Təhlil və Araşdırmaları İctimai Birliyinin sədri Ramil İsgəndərli bildirib.

“Çıxışım zamanı mövzuya uyğun olaraq “Post-müharibə dövründə silahların qanunsuz daşınması” istiqamətində öz fikrimi bildirərək, qanunsuz erməni silahlı qruplarının Ermənistandan Azərbaycanın Qarabağ ərazisinə Rusiya hərbi kontingentinin bilavasitə iştirakı ilə qeyri-qanuni yollarla silah daşınması əməliyyatlarının həyata keçirildiyini və bunu sübut edən videokadrların olduğu barədə məlumat verdim.  Əlavə olaraq Laçın yolu ilə Ermənistanda müharibədən sonra istehsal olunmuş minaların qeyri-qanuni Azərbaycan ərazisinə daşınması barədə məlumat verdim. Çıxışımda qeyd etdim ki, sülh müqaviləsinin olmadığı və sərhədlərin demarkasiya və delimitasiya olunmadığı şəraitdə bü cür qeyri qanuni daşınmaların qarşısını yalnız qanuni sərhəd yoxlama məntəqələri ala bilər.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *