Ramil İskəndərli BMT-də insan hüquqlarının təşviqində QHT-lərin rolundan danışdı – VİDEO

Bu gün BMT-nin İnsan Hüquqları Şurasının 53-cü sessiyasında Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli növbəti dəfə Plenar Sessiyada çıxış etmişdir.

QHT.az xəbər verir ki, “İnsan hüquqları üçün texniki əməkdaşlıq və bacarıqların artırılması” adlı sessiyada Ramil İskəndərli çıxış edərək aşağıdakı məsələrə toxunmuşdur:

  • QHT-lərin insan hüquqları sahəsində texniki dəstəyin layihələndirilməsində və həyata keçirilməsində rolu istiqamətində potensialının gücləndirilməsində, əhatə dairəsinin genişləndirilməsində və effektiv təsir göstərmək imkanına malik olması mühüm əhəmiyyət kəsb edir və bu rol artırılmalıdır. QHT-lər əməkdaşlığı, bilik mübadiləsini və resurs səfərbərliyini təşviq edir, nəticədə davamlı inkişaf məqsədlərinə nail olunmasına və bütün dünyada insan hüquqlarının təşviqinə töhfə verir.
  • QHT-lər insan hüquqları məsələləri üzrə müdafiəçi kimi xidmət edir və insan hüquqları sahəsində BMT-nin nizamnamə və müqavilə əsaslı mexanizmlərinin tövsiyələrinin həyata keçirilməsini izləmək üçün fəal maraqlı tərəflərdir.
  • Azərbaycan vətəndaş cəmiyyəti təşkilatları, hökumət orqanları və beynəlxalq təşkilatlar arasında tərəfdaşlıq və əməkdaşlığın gücləndirilməsi, azərbaycanlı qaçqınların təhlükəsiz və ləyaqətli şəkildə Ermənistana qayıdışı üçün hüquqlarının müdafiəsində kollektiv səsi təşviq etmək üçün texniki yardıma və dəstəyə ehtiyacı var.
  • Ümumilikdə QHT-lər boşluqların aradan qaldırılmasında, əhalinin məlumatlılığın artırılmasında potensialının artırılmasına ehtiyac vardır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *