Prezident Şuşanın inkişafı ilə bağlı mühüm anonslar etdi

“Şuşanın Baş planı möhtəşəmdir, hesab edirəm ki, 3-4 il ərzində bu şəhər təkcə Azərbaycanın və Qafqazın deyil, dünyanın ən gözəl şəhəri olacaqdır” – Prezident İlham Əliyev.

Bildiyimiz kimi, İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Mərasimdə ən maraqlı məqamlardan biri Prezident İlham Əliyevin Forumda Şuşa barədə, indiyədək Şuşanın dirçəlişi isitqamətində görülən işlər barədə və gələcəkdə görüləcək işlərin anonsu idi. Şuşada yaxın 3-4 il ərzində planlaşdırılan işlərin Prezident tərəfindən Forumun yerli və xarici qonaqlarının diqqətinə çatdırmağının nə dərəcədə əhəmiyyətli olduğunu vurğulamağa ehtiyac yoxdur.

Prezident İlham Əliyev çıxışında Şuşanın dirçəlişi və inkişaf etdirilməsi üçün aşağıdakı planlaşdırılan işləri anons verdi:

  1. “Şuşanın bərpası başlanılıbdır, bir müddət öncə Baş plan təsdiq edilibdir və indi artıq ilk yaşayış layihəsi icra olunur. Siz onları şəhərin bir neçə yerində görə bilərsiniz. Həmin layihələr çərçivəsində Şuşa sakinləri yenidən evlərinə qayıdacaqlar.
  2. Şuşa Prezident Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilibdir və bizim gözləntimiz odur ki, dünyadan çoxsaylı qonaqlarımız olacaqdır, insan axını olacaqdır. Çünki bu, nadir, misilsiz bir məkandır. Burada tarix, mədəniyyət, memarlıq və iqlim vəhdət təşkil edir. Bu, bizim böyük sərvətimizdir.
  3. Şuşanın infrastrukturu da inkişaf etdirilir. Çünki ermənilər qaçarkən burada supaylayıcı şəbəkəni dağıtmışdılar. Ona görə də biz şəhərdə sıfırdan yeni supaylayıcı sistem qurmuşuq. Ümumiyyətlə, Baş plan çərçivəsində Şuşa şəhərinin bütün infrastrukturu yenidən qurulub, yeni yollar yaradılıbdır.
  4. Bu ilin sentyabr ayında biz min şagird yerlik məktəbin açılışını edəcəyik və 90 çarpayılıq xəstəxana da ilin sonuna qədər hazır olacaqdır. Şuşada hər şey Baş plan əsasında edilir. Bu isə imkan verəcəkdir ki, şəhər daha gözəl olsun. Yəni, heç vaxt olmadığı qədər gözəl olacaqdır. Çox rahat, müasir şəhər olacaqdır.
  5. Şuşanın orijinallığı qorunacaqdır, çünki bütün tarixi-memarlıq abidələri hazırda bərpa edilir. Bəzi söküntü işləri hələ də qarşıdadır, çünki sovet dövründə tikilmiş binalar var və onların dözümlülüyü bizə imkan vermir ki, onları yenidən istismara verək.

Prezident öz çıxışında son olaraq Şuşada görüləcək işlər barədə danışarkən, Şuşanın dirçəlişinin əsas hədəfini vurğalayaraq qeyd etdi ki, “Şuşanın Baş planı möhtəşəmdir, hesab edirəm ki, 3-4 il ərzində bu şəhər təkcə Azərbaycanın və Qafqazın deyil, dünyanın ən gözəl şəhəri olacaqdır”.

Prezidentin bu hədəfləri ilə bağlı əminəm ki, bugünədək qoyduğu hədəflərə nail olduğu kimi, bu hədəflər də mütləq gerçəkləşəcəkdir.

Ramil İskəndərli

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri

Leave a Reply

Your email address will not be published. Required fields are marked *