QHT-lərin bacarıqlarının qiymətləndirilməsi və ehtiyaclarının öyrənilməsi məqsədilə tədqiqat həyata keçiriləcəkdir

Mətbuat üçün məlumat

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi 2023-cü ilin iyul ayından etibarən “Azərbaycanda QHT-lərin mövcud vəziyyətinin qiymətləndirilməsi üzrə tədqiqat işi” layihəsini icra etməkdədir. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Layihə cari ilin noyabr ayının 1-dək icra olunacaqdır.

Layihə çərçivəsində QHT-lərin bacarıqlarının qiymətləndirilməsi və ehtiyaclarının öyrənilməsi məqsədilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının 12-13 aprel 2023-cü il tarixdə Şamaxıda keçirilən “Agentliyin 2023 – 2025-ci illər üzrə Strateji Planı”nın hazırlanmasına həsr olunmuş genişləndirilmiş iclasın nəticələri və Azərbaycanda fəaliyyət göstərən yerli QHT-lərin mövcud durumunun qiymətləndirilməsi və təkmilləşdirlməsi üzrə Agentliyin hazırladığı Konsepsiya sənədi əsas götürülməklə, QHT-lərin inkişaf dinamikasının, fəaliyyət göstəricilərinin və ictimai faydalılığının ölçülməsidir. Layihınin vəzifəsi QHT-lərin bacarıqlarının qiymətləndirilməsi, ehtiyaclarının öyrənilməsi və institusional bacarıqlarının artırlması kimi məsələrinin həllində töhvə vermək üçün tədqiqat işinin aparılmasıdır.

Layihə müddətində əsasən onlayn sorğular, dərinləşdirilmiş müsahibələr, fokus qrup görüşlərinin keçirilməsi, nəticələrin təhlili və tövsiyələrin verilməsi nəzərdə tutulur. 

Tədqiqat nəticəsində əldə olunmuş məlumatların analizi əsasında mövcud ehtiyacları, trendləri, tövsiyələri əks etdirən hesabat hazırlanaraq, donora və ictimaiyyətin müzakirəsinə təqdim ediləcək.

Əlavə məlumat üçün:

Ləman Ağalarova

Layihə köməkçisi

Huquqitehlil@gmail.com Ünvan: AZ1029, Sport Plaza, Bakı ş. Heydər Əliyev pr, 187B.       

Leave a Reply

Your email address will not be published. Required fields are marked *