Füzuliyə qayıdış başladı

KONKRET.az xəbər verir ki, 90 nəfərdən ibarət 23 ailə avqustun 18-də Füzuliyə köç edəcək.

İlkin mərhələdə 144 ailə köçürüləcək.

Qeyd edək ki, avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirib.

Püşkatmada 144 ailə ( 509 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-i ikiotaqlı, 76-sı üçotaqlı, 17-si dördotaqlı mənzil ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.

Qarabağ iqtisadi rayonuna və Şərqi Zəngəzura indiyədək 400-ə yaxın keçmiş məcburi köçkün qayıdıb.

Demokrat.az 
xəbər verir ki, bu barədə bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

Onun sözlərinə görə indiyədək 2000-ə yaxın insan daimi məskunlaşdırılıb.

“Ümumilikdə bu ilin sonuna qədər 2000-ə yaxın məcburi köçkün ailəsi, 10 minə yaxın insanın öz doğma el-obalarında məskunlaşdırılması nəzərdə tutulur”, – deyə Fuad Hüseynov bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *