Ramil İskəndərlinin növbəti video-müraciəti BMT İnsan Hüquqları Şurasının Plenar Müzakirələri zamanı yayımlanmışdır

Oktyabr ayının 6-da İsveçrənin Genevrə şəhərində keçirilən İnsan Hüquqları Şurasının 54-cü sessiyası çərçivəsində “İrqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və dözümsüzlüyün əlaqəli formalarına dair plenar müzakirələr” zamanı, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli onlayn video müraciətlə çıxış etmişdir. Çıxışın tam mətni aşağıdakı kimidir:

“20-ci əsrdə azərbaycanlılar indiki Ermənistan Respublikasının ərazisindən tədricən qovulmuşlar.

Beynəlxalq Azlıqların Hüquqları Qrupunun (Minority Rigths Group) ölkələr üzrə hesabatına əsasən, Azərbaycanla münaqişədən əvvəl Ermənistanda ən böyük milli azlıq – azərbaycanlılar olub. Bu əhali münaqişə nəticəsində faktiki olaraq bütövlükdə Azərbaycana köçürülüb (

Ermənistandan zorla qovulmuş azərbaycanlıların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ var. Ayrı-seçkiliyin qadağan olunması bərabərlik prinsipinin tərkib hissəsidir, və İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda və İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyada təsbit olunmuş hüquqi konsepsiyadır.

Ermənistanda həmçinin Anti-Semitizm hallarının baş verməsinə misal olaraq onu qeyd etmək olar ki, bu yaxınlarda Ermənistan XİN-ni İrəvandakı sinaqoqa qarşı son vandalizm aktını pisləyərək bu halı etriaf edib. Ermənistanda naməlum şəxslər sinaqoqun fasadına qırmızı boya töküblər.

İndi Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamaq üçün onilliklərlə davam edən münaqişəyə son qoymaq üçün var gücü ilə çalışır, və azərbaycanlıların Ermənistana qayıtmaq hüququ yenidən aktuallıq kəsb edir və son dərəcə vacib məsələdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *