VIDEO – QHT sədrinin “Ermənistanda İslamafobiya və Anti-Semitizm halları” ilə bağlı Video-Müraciəti BMT sessiyası zamanı yayımlanmışdır

Bü gün BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 54-cü sessiyası çərçivəsində “Dini nifrətin səbəbləri və insan hüquqlarına təsiri” mövzusunda keçirilən Plenar İclas zamanı “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərlinin “Ermənistanda İslamafobiya və Anti-Semitizm halları” ilə bağlı Video-Müraciəti canlı yayımlanmışdır.

Müraciətin mətni aşağıdakı kimidir:

“Bu gün Ermənistanda islamofobiya və antisemitizm halları artmaqdadır. Xüsusilə azərbaycanlı qaçqınların Ermənistana qayıtmaq hüquqlarının inkar edilməsi, həmçinin antisemitizm xarakterli vandalizm aktları xüsusilə böyük narahatlıq doğurur.

Dini nifrət azərbaycanlılar üçün yeni deyil, çünki Ermənistanın anti-Azərbaycan və irqçi siyasətində dini nifrət əskik deyil. Azərbaycanlılara qarşı etnik təmizləmə, azərbaycanlı müsəlman abidələrinin tamamilə silinməsi və dağıdılması Ermənistanda köklü islamofobiyanın bariz təzahürüdür. Ermənistanda Azərbaycanın mədəni irsi, məscidləri və tarixi yerlərini dağıdılıb.

Bu yaxınlarda Ermənistan XİN-ni özü etiraf edərək, İrəvandakı sinaqoqa qarşı son vandalizm aktını pisləyib. Ermənistanda naməlum şəxslər sinaqoqun fasadına qırmızı boya töküblər. İrəvandakı “Mordechay Navi” Yəhudi Dini Mərkəzinin qarşısında və sosial media səhifələrində “Hər bir ravvin bizim üçün hədəf olacaq” yazıları yayılmağa başlayıb.

Yalnız müxtəlif etnik qrupların multicultural cəmiyyətdə birgə yaşaması monoetnik Ermənistanda hökm sürən dini nifrətin qarşısını ala bilər”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *