Fransada nəzərdən keçirilən immiqrasiya qanun layihəsi cəmiyyət arasında ciddi narahatlığa səbəb olmuşdur

Fransanın Le Monde nəşrinin yazdığına əsasən, Fransada nəzərdən keçirilən immiqrasiya qanun layihəsi cəmiyyət arasında ciddi narahatlığa səbə olmuşdur. Qanun layihəsi sığınacaq axtaranların və miqrantların hüquqlarını təhdid edir, mövcud müdafiə tədbirlərini zəiflədən və həssas şəxslərin, o cümlədən, miqrant qadınların və qızların rifahına xələl gətirən müddəalara malidkir. İmmiqrasiya haqqında qanun layihəsi noyabrın 14-də Senat tərəfindən 210 leyhinə  səslə qəbul edilib.

Qanun layihəsinə aşağıdakı məhdudlaşdırıcı normalar daxildir:

– Fransada doğulan uşaqların Fransa vətəndaşlığı hüququnun əcnəbi valideynlərə nəzərən məhdudlaşdırılması;

– miqrantlar üçün dövlət tibbi yardımının ləğvi;

– Ailə birləşməsi, tələbə miqrasiyası və xəstə olan əcnəbi vətəndaşlara yaşayış icazəsinin verilməsi üçün daha sərt şərtlər;

– Sosial hüquqlara çıxışın məhdudlaşdırılması;

– qanunsuz yaşama cinayətinin bərpası;

– Sığınacaq axtaran şəxslərin saxlanması vasitələrinin artırılması;

– “Respublikaçılıq prinsiplərinə” hörmət edilmədikdə, yaşayış icazəsinin geri götürülməsi;

– Yaşayış icazəsi olmayan şəxslərin təcili yaşayış məkanından kənarlaşdırılması…

Qanun layihəsində 16 yaşına çatmamış uşaqların inzibati həbs təcridxanalarında immiqrasiya ilə bağlı saxlanmasının qadağan edilməsi təklif edilsə də, daha yuxarı yaşlı uşaqların saxlanmasına yer verilir. Qanun layihəsi həmçinin beynəlxalq və Avropa qanunlarına uyğun olaraq, sığınacaq axtaranların effektiv hüquqi müdafiə vasitələri hüququnu pozan, müraciətlər üçün vaxt məhdudiyyətlərinin azaldılması və video dinləmələrə icazə verilməsi kimi prosessual təminatlarla bağlı narahatlıqları artırır.

Fransada miqrant əhalinin yarısından çoxunu qadınlar təşkil edir, lakin onlar immiqrasiya ilə bağlı siyasi müzakirələrdə nəzərəçarpacaq dərəcədə iştirak etmirlər və bu qanun layihəsinin müddəalarında tamamilə nəzərdən kənarda saxlanılmışdırlar. Qanunvericilik həm cinsinə, həm də immiqrasiya statusuna görə ikili ayrı-seçkiliyə məruz qalan qadınların üzləşdiyi problemləri daha da dərinləşdirir.

Qanunvericilik çoxillik yaşayış icazəsi almaq üçün daha sərt fransız dili biliyi meyarlarını təqdim edir. Bu, bəziləri təcrid olunmuş və ya nəzarət altında yaşayan, digərləri isə çox məhdud boş vaxtla uşaq baxımı ilə məşğul olan qadınlar üçün artan çətinliklər yaradır.

📆 Fransada miqrantlarla işləyən VCT-lər ksenofobiya və əcnəbilərə damğa vurmaq iradəsindən irəli gələn qanun layihəsini pisləyiblər. Dekabrın 11-də qanun layihəsinin Fransa Milli Assambleyası tərəfindən baxılacağı gözlənilir.

Mənbələr: Le Monde və La Cimade

Yazı Avropa Miqrant Qadınlar Şəbəkəsinin Linkedin səhifəsində yer almışdır.

https://www.linkedin.com/feed/update/urn:li:activity:7132787179503661058/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *