Məhşur stilist, Aytən Hüseynova: “Ən böyük arzum Qarabağda, Şuşada iş qurmaqdır”

Saytımızın qonağı, Rusiyada fəaliyyət göstərən tanınmış stilist, həmyerlimiz Aytən Hüseynovadır.

  • Salam Aytən xanım. İlk sualımız, təbii ki, peşəkar fəaliyyətinizlə əlaqədardır. Necə oldu ki, stilist peşəsini seçdiniz? Bu sahəyə sizdə maraq haradan yaranıb?

Salam. Uşaqlıqdan bu peşəyə böyük marağım olub. 10 yaşımdan makiyaj və saç düzümləri edirdim həmyaşıdlarım üçün. Hobbi olaraq həmişə özümün şəxsi gözəllik salonumun olmasını arzulamışam. 20 yaşımdan bəri çox ciddi şəkildə işimin üzərinə düşmüşəm və peşəkarcasına fəaliyyət göstərməyə başlamışam.

  • Hansı tanınmış stilistlərlə iş birliyiniz və ustad dərsləriniz olub?

Rusiyanın və Azərbaycanın bir çox tanınmış stilistləri ilə iş birliyim olub. Onlar arasında Ceyhun Babayevski, Şəfəq Novruzova, Giorgi Kod, Nadya Gerber,  Alyona Famina,  Zəhra Asadi və Ella Barçuyeva kimi stilistlərdən xüsusi dərslər almışam. 

  • Rusiyada öz sahənizdə yetərincə tanınırsınız. Bəs Azərbaycanda necə, burda da fəaliyyətinizi genişləndirmək fikriniz var mı?

Moskvada, dərs aldığım ustadlar sayəsində yetərincə tanınıram. Moskovaya gələn əksər azəbaycanlı məşhurların və şou-biznes aləminin nümayəndələrinin saç stillərini mən işləyirəm. Azərbaycanda fəilləyitimi genişləndirmək fikrinə gəlincə, Rusiyadakı işlərimin yoğunluğuna baxmayaraq, mümkün qədər tez-tez Azərbaycana gedib-gəlməyə çalışıram. Təbii ki, öz doğma vətənimdə də salonlarımı açmaq istərdim gələcəkdə. Amma ən böyük arzum Qarabağda, Şuşada iş qurmaqdır.  

  • Qarabağ mövzusuna toxunmuşkən…. Bildiyimizə görə, peşəkar fəaliyyətinizdəəlavə, xeyriyyəçiliklə də məşğul olursunuz və 44 günlük Vətən müharibəsi zamanı, erməni bombardımanından zərər çəkmiş bir çox Gəncə sakinlərinə yardım etmisiniz. Bu haqda bir az ətraflı məlumat verərdiniz…

Erməinlərin Gəncəni bonbardıman etdikləri zamanı, Rusiyada qalmağıma baxmayaraq, özüm və Russiyada olan həmyerlilerimiz birləşərək, zərər çəkmiş 14 ailəyə 14 min manat məbləğində dəstək olduq. Bu çətin zamanda Azətbaycan xalqının nə qədər bir və yardım sevər olduğunun, öz gözümlə bir daha şahidi oldum.

  • Sözsüz ki, zəmanəmizdə, sosial şəbəkələr hər bir insanın, o cümlədən şəxsi biznesin tanıdılmasında da böyük rol oynayır. Sosial şəbəkələrdə öz geniş oxucu kütləniz var. Bloggersiniz. Bu haqda nə deyə bilərsiniz?

Sosial şəbəkədəki kütləm, mənim fikrimcə çox yaxşı kütlədir. Məsəl üçün xeyriyyəçilik  işlərində yaxından iştirak edirlər. Ümumi olaraq götürsək, izləyicilərimin 50%-i azərbaycanlı, 30%-i yahudi, 20%-i isə digər millətlərdən ibarətdir. İşimdən əlavə boş vaxtlarımda bloggerlik də edirəm və ən çox yumor videolarım sevilir və böyük bəyəni toplayır.

  • Bu sualımız, günümüzün ən aktual və ağrılı mövzularından olan, pandemiya ilə əlaqədardır. Covid-19 koronavirusu sizin həyatınızda hansı dəyişikliklərə səbəb olub?

Təbii ki, pandemiya mənim də işimə çox təsir etdi. Demək olar ki, 3 ay işimiz bağlı qaldı və işin bərpa prosesi çox vaxt apardı. Bu müddət ərzində çətin günlər yaşadıq və onu başa düşdük ki,  həmişə hər şeyə hazırlıqlı olmalıyıq.

  • İdmanla aranız necədir? Hansı idman növləri ilə məşğul olursunuz və ya olmusunuz? Və hansı idman növlərini izləməyi sevirsiniz?

Yeniyetmə vaxtlarımda peşəkar şəkildə voleybolla məşğul olmuşam. Bundan əlavə 3-4 il ərzində yüngül atletika və futbola da getmişəm. Hal-hazırda işimlə əlaqədar idmana çox vaxt ayıra bilmirəm, amma həftədə 2 və ya 3 dəfə yüngül atletika ilə məşğul oluram.

  • Hobbiniz var mı? Bildiyimizə görə, siz incəsənətə də maraq göstərirsiniz və rəssamlıqla məşğul olmusunuz. Hal-hazırda bu sahədəki fəliyyətiniz davam edir mi?

Uşaq vaxtlarındnan rəsm çəkməyi çox sevirem və Azərbaycanda yaşadığım zaman, Gəncədə Uşaq Rəsmi üzrə keçirilən müşbiqədə iştirak edərək, birinci yeri tutmuşam. Hal-hazırda emosiyalarımı vərəq üzərinə keçirərək, göstərə bilirəm. Əsəbi olduğum zamanlarda, rəsm çəkərək, sakitləşirəm.

  • Ailənizin sizin həyatınızdakı rolu haqqında nə deyə bilərsiniz?

Ailəm həyatımda böyük rol oynayır. Qeyd edim ki, atam ilk başda mənim peşəmə ciddi yanaşmasada, sonradan əldə etdiyim uğurları görüb, mənə dəstək oldu. İndi isə mənimlə qürur duyur!

  • Və sonda gələcək planlarınız haqqında oxucularımıza və pərəstişkarlarınıza məlumat verərdiniz.

Pərəstişkarlarıma demək isdərdim ki, heç vaxt arzularınızı yarı yolda qoymayın və nə bahasına olursa olsun, onu həyata keçirməyə çalışın. Həyatda çətinliklərdən qorxmayın, çünki bu çətinliklər sizi daha da güclü edir. Hər birinizə uğurlar arzuluyuram. Sevgilərlə, Aytən Hüseynova.

ShushaNews.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *