“Ağdam gözəl görkəmini geri qaytaracaq”- Hikmət Hacıyev

Ağdamda olarkən qarışıq hisslər keçirirəm.
Caliber.az xəbər verir ki, bunu açıqlamasında Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
“Bir tərəfdən, bu, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Cənab Prezident İlham Əliyev tərəfindən xalqımıza qazandırılan qələbə hissidir. Digər tərəfdən bu xarabalıqları müşahidə edərkən insan istər-istəməz bir qədər məyus olur.
Ancaq əminik ki, dövlətimiz Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi altında Ağdamı bərpa edəcək və bölgə yenidən gözəl görkəmini geri qaytaracaq”, – H.Hacıyev bildirib.
Qeyd edək ki, media orqanları, QHT rəhbərləri, blogerlər və ictimai fəallar Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti altında Ağdamda səfərdə olublar. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *