Böyük Britaniya Azərbaycan ərazilərində minaların təmizlənməsinə 500 min funt sterlinq vəsait ayırıb

 Birləşmiş Krallıq ötən ilki Dağlıq Qarabağ münaqişəsindən sonra BMT İnkişaf Proqramının həyata keçirəcəyi tədbirlərə dəstək olmaq üçün 500,000 funt sterlinq maliyyə ayırdığını elan edir.

Avropa Qonşuluq və Amerika üzrə dövlət naziri Vendi Morton qeyd etmişdir: “Dağlıq Qarabağ və ətrafındakı ərazilər dünyanın ən çox minalanmış bölgələrindən biridir və bu bölgələrdən mülki vətəndaşların həyatlarını itirdikləri və ya həyatları üçün ağır fəsadlar yaradan xəsarətlər aldıqları barədə tez-tez məlumatlar verilir.

Birləşmiş Krallığın ayırdığı vəsait BMT-nin təcrübəsindən istifadə etməklə ərazinin daha təhlükəsiz olmasına kömək edənlərə təlim və minalardan təmizləmə işlərində texniki dəstək verərəkErmənistan və Azərbaycanda mülki insanların həyatı üçün riskləri azaltmaq məqsədilə istifadə olunacaq. Bununla belə görüləcək daha çox işlər var.

Bu səbəbdən beynəlxalq tərəfdaşlarımızı bölgədəki bütün insanların təhlükəsizliyini təmin etmək üçün tələb olunan olan kollektiv səyləri dəstəkləməyə çağırırıq.”

Britaniyanın Azərbaycanda minaların təmizlənməsi ilə bağlı gördüyü işlər haqqında Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarpı eşidək: