QHT-lərin araşdırma yönümlü fəaliyyətləri müzakirə olundu

Azərbaycanda post-münaqişə dövründə inkişaf proseslərində QHT-lərin və araşdırma yönümlü mərkəzlərin rolu mövzusunda onlayn tədbir keçirilmişdir.

Azərbaycan Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti Şəbəkəsi 2021-ci ilin 4 sentyabr tarixində Zoom onlayn platforması üzərindən növbəti görüşü keçirilmişdir. Açıq formatda keçirilən bu görüşdə ölkədə aktiv fəaliyyət göstərən 20-yədək araşdırma və tədqiqat yönümlü təşkilatlar, beyin mərkəzləri nümayəndələri iştirak etmişlər. Görüşün əsas müzakirə mövzusu “44 günlük müharibə”dən sonrakı dövrdə cəmiyyətimizdə gedən inkişaf proseslərində vətəndaş cəmiyyəti təsisatlarının, araşdırma mərkəzlərinin, beynəlxalq və yerli təşkilatların rolu, bu sahədə beynəlxalq təcrübə və digər məsələlər olmuşdur.

Xatırladaq ki, “Azərbaycan Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti” Şəbəkəsi 2019-cu ilin fevral ayında “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin təşəbbüsü ilə tərəfdaş təşkilatlar və mütəxəssislərlə birgə Memorandum imzalamaqla yaradılmışdır.

Şəbəkənin əsas məqsədi Azərbaycanda ictimai münasibətlərin müxtəlif sahələri üzrə ölkənin inkişafına yönəlmiş təhlil, tədqiqat və proqnozlaşdırma işləri vasitəsilə təşkilatlar və mütəxəssislərin potensialının səfərbər edilməsilə ölkədə aparılan islahatların həyata keçirilməsinə dəstək göstərməkdir.

 “Azərbaycan Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti” Şəbəkəsi ABŞ-ın Pensilvaniya Universitetinin Lauder İnstitutunun Global Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti Proqramının “Global Go To Think Tanks İndex 2020” adlı dünyanın ən yaxşı beyin mərkəzləri reytinq siyahısına əsasən, Mərkəzi Asiya və Qafqaz regionu üzrə 56-ci sırada yer alaraq, ilk dəfə bu siyahıda yer tutmuş və ilin yekunlarına əsasən aktiv fəaliyyətinə görə “2020-ci ilin Dünyanın Ən Yaxşı Yeni Yaranmış Beyin Mərkəzləri Qlobal Siyahısına” da daxil edilmişdir.

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərlinin sözügedən Şəbəkənin fəaliyyəti haqqında hesabat xarakterli açılış nitqi ilə başlayan görüş, QHT-lərə Dövlət Dəstək Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İskəndərovun “Post konflikt dövrdə QHT-lərin institusional inkişafı mövzusunda təqdimatı  ilə davam etmiş və tədbirin gedişatı zamanı Post-müharibə dövründə QHT-lərin və xüsusilə də araşdırma yönümlü təşkilatların mövcud vəziyyəti və gələcək perspektivlər barədə fikir mübadiləsi aparmaq vacibliyi qeyd olunaraq, aşağıdakı təkliflər iştirakçılar tərəfindən səsləndirilmişdir:

QHT-lər və araşdırma yönümlü təşkilatlar post-münaqişə dövründə hansı istiqamətlərə töhvə verə bilərlər?

Müharibədən zərər çəkmiş vətəndaşlara dəstək

  • Münaqişə qurbanlarına və ailələrinə dəstək, (sosial, hüquqi, psixoloji, humanitar və xeyriyyə xarakterli yardımlar).
  • İşğaldan azad edilmiş ərazilərin müharibədən sonrakı  vəziyyəti, bərpa və yenidənqurma prosesi barədə, ərazilərə səfər etməklə, təbliğat işlərində, həmçinin gələcəkdə qayıdış prosesi zamanı ictimai iştirakçılığın və ictimai nəzarətin təmin olunması
  • Birbaşa müharibədən zərərçəkmiş insanlarla, ailələrlə işləyən QHT-lərə xüsusi yanaşılmalı və onların fəaliyyəti dəstəklənməlidir. Müharibə dövründə QHT-lərin məhz bu sahədə fəaliyyəti daha çox görünürdü.
  • Gələcəkdə Qayıdış prosesində əhali ilə ünvanlı ünsiyyətin qurulması üçün məlumatların yayılması işində QHT-lər mühüm rol oynaya bilərlər.
  • Qayıdış prosesində işğal edilmiş ərazilərdən olan və işğal dövründə böyüyüb başa çatmış, həmin əraziləri görməyən  gənclərin,  həmin regionlara uyğunlaşdırılması üçün QHT-lər kömək göstərməlidirlər.
  • QHT-lər nə dərəcədə vətəndaşların fikirlərinə münasibətdə reprezentativliyi, QHT-lərin əhali qarşısında imici hansı səviyyədədir? QHT-lər vətəndaşların problemlərini nə dərəcədə dövlətə ötürə bilirlər? Bu sahədə fundamental araşdırmanın həyata keçirilməsi mühüm məsələdir.

Beynəlxalq strateji təbliğat

  • Mümkün sülh quruculuğu fəaliyyətində gələcəkdə münaqişədən sonrakı dövrdə barışıq və münasibətlərin normallaşdırılması, Qarabağ bölgəsində dinc yanaşı yaşamaq prinsipinə uyğun yaşayışın təbliği, habelə etimad quruculuğu tədbirləri sahəsində təcrübəsi olanlar daha fəal olmalı və dəstəklənməlidirlər.
  • Azərbaycanda fəaliyyət göstərən QHT-lər beynəlxalq təşkilatlar və xaricdə fəaliyyət göstərən partnyor təşkilatları vasitəsilə Azərbaycanın Qarabağ münaqişəsinin nəticələri və mövcud vəziyyət barədə təbliği sahəsində xüsusi fəallıq və həmrəyliyin təşviqi dəstəklənməlidir.
  • Analitik imkanları və bacarıqları geniş olan təşkilatların beynəlxalq qurumlarla iş və təbliğat məsələlərində aktivliyinin təşviq olunması həm müharibə dövründə vacib əhəmiyyət daşıdı, həm də post-münaqişə dövründə aktivliyinə ehtiyac duyulur.
  • Beynəlxalq təşkilatlar ümumilikdə post-münaqişə dövründə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində gördüyü işləri və reallıqları qəbul etsələr də, gələcəkdə Qarabağ ərazisində yaşayan ermənilərlə nə cür və necə münasibətlərin qurulması istiqamətində hal-hazırda proqnozlar üzərində düşünürlər. Bu baxımdan milli QHT-lərin beynəlxalq təşkilatlarla əlaqələri mühüm əhəmiyyət daşıyır və bu fəaliyət davamlı olmaldır.
  • QHT-lər İctimai Şuralarda aktiv olduqları qədər Post-münaqişə dövründə Azərbaycana dəymiş ziyan barədə də hesabatlar hazırlamaları təşviq olunmalı və dəstəklənməlidir.  
  • Dünyanın aparıcı universitetləri, elmi tədqiqat mərkəzləri ilə əməkdaşlıq, post-münaqişə dövründəki durum barədə birgə kitab, məqalələr yazmalı, dəyrmi masa, disput, layihələr həyata keçirilməlidir.
  • Azərbaycanda ali təhsil müəssisələrində elmi tədqiqatlar və araşdırmaların aparılması təşviq olunmaldır.
  • Beynəlxalq tədbirlərdə iştirak göcüləndirilməlidir. Məsələn, onlayn təlimlərdə bizim QHT-lər iştirak edə bilər. Bu sahədə elanlar internetdə və sosial şəbəkələrdə yayılmalıdır.

QHT-lərin institusional inkişafı

  • QHT-lərin fəaliyyət sahələrinin müxtəlifliyindən asılı olmayaraq, ictimai sektorun dövlətçilik və milli  maraqlar naminə uyğun təşkilatlanmamız çox vacibdir.
  • İstənilən ölkənin sosial-iqtisadi inkişafı onun strateji hədəflərinin olub olmaması ilə bağlıdır. Strateji hədəfi müəyyənləşdirmək isə mövcud vəziyyətin təhlili, gələcəkdəki imkanlar və təhlükələrin düzgün hesablanmasından asılıdır. Bundan ötrü QHT Sektorunun mövcud vəziyyətinin Xətələşməsi (Mapping) və Strateji Planlaşdırma aparılmalıdır.
  • QHT-lərin maliyyə baxmından dəstəklənməsi üçün QHT-lərə Dəstək Agentliyinə müvafiq dəstək tezləşdirilməlidir.
  • QHT-lərin klassifikasiyası və qiymətləndirilməsi aparılmalıdır.
  • QHT-lərə institusional inkişaf üzrə yeni innovativ bacarıqların əldə etməkləri üçün bacarıqların artırılması təlimlərinin keçirilməsi vacidir. QHT-lərin özlərini yeniliyə və innovativliyə hazırlamaq lazımdır.
  • QHT-lər üçün uyğun yeni hüquqi, qanunvericilik mühiti yaradılmalıdır.
  • Araşdırma yönümlü fəaliyyətlər və layihələr dəstəklənməlidir. Bu həmdə dövlətin nəzərədə tutduğu fəaliyyət planlarında QHT araşdırmaları geniş istifadə oluna bilər.
  • QHT-lər mahiyyət etibarilə könüllü xarakterli olduqlarına görə, onları post-münaqişə dövründə maliyyə çatışmamazlığı cəmiyyət naminə işdən dayandırmamalıdır.
  • QHT-lərin ictimaiyyət arasında nüfuzunun qaldırılması istiqamətində fəaliyyətlərin gücləndirilməsi vacibdir.
  • QHT-lərin fəaliyyətlərinin müstəqil monitorinqi və qiymətləndirilməsi, ictimai faydalılığının ölçülməsi sahəsində işlər aparılmalıdır.
  • QHT-lərə Dəstək Agentliyinin nüfuzunun aşağı salınmasına yönəlik fəaliyyətlərə yol verilməməlidir.
  • Beyin mərkəzləri fəaliyyətinə daha ciddi yanaşılmalı, müxtəlif maraq qruplarına yox, ümumilikdə dövlət və milli maraqlara xidmət edən yeni müstəqil strateji beyin mərkəzlərinin fəaliyyətinə gələcəkdə QHT Agentliyi də diqqət yetirməlidir. Bu sahədə beyin mərkəzlərinin dövlət sifarişlərini həyata keçirmələri istiqamətində beynəlxalq təcrübə öyrənilməlidir.
  • Datalar və statstik məlumatlar, lazımı məlumatların düzgün axtarılması, məlumatların etibarlılığı ilə bağlı QHT-lərin bacarıqları artırılması istiqamətində fəaiyyət gücləndirilməlidir.
  • Dövlət maliyyəsindən asılı olan QHT-lərə özünü maliyyələşdirmə faaliyyəti ilə bağlı təlimlər təşkil edilməlidir.
  • Vergi və kommunal xidmətlər QHT-lərə sahibkarlıq subyektləri kimi baxmamalıdırlar və fərq qoymalıdırlar.
  • QHT-lərin əsas problemi eyni zamanda əvvəllər sayı çox xarici qrantlara öyrəşmiş QHT-lər arxeyinləşmiş və post-müharibə, pandemiya və qrantların azalması prosesi birdən-dirə QHT-lərin “imunitetinin” zəiflənməsi ilə nəticələndi. Vətəndaş cəmiyyətinin yenidən dirçılməsi üçün “immunitetin” formalamasına ehtiyacı var.

Tədbirdə müxtəlif QHT-lər, o cümlədən araşdırma yönümlü mərkəzlər iştirak etmişlər. Belə ki, QHT rəhbərləri və mütəxəssislər Ramil İskəndərli, İsrayıl İsgəndərov, Əvəz Həsənov, Xəyal Bəşirov, Samirə Hüseynova, Azər Allahverənov, Möhübbəli Nağıyev, Ramil Məmmədli, Ziya Quliyev, Ağamirzə Bağırov, Əhməd Abbasbəyli, Fərman Nəbiyev, Mehriban Zeynalova, Eynulla Xeyrullayev, Fariz Əkbərov, Əli Abdullayev, Kamil Həmidov, Mehdi Mehdiyev, Azər Ramazanov, Rauf Rəcəbov, Arif Nəcimov, İsmayıl Kərimov, Elmari Məmişov və digərləri iştirak etmiş və təkliflər irəli sürmüşlər.